Çərşənbə axşamı, 21 May

"Hamıya pul paylayırsınız, qazilərin də "bir abbasını" verin" - Deputat nazirə səsləndi

image

"Qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı".

Xəbər verilir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

"Hörmətli Samir müəllim, baxırıq ki, hamıya pul ayırırsınız. Həmişə müdafiə etdiyim qazilərin də "1 abbasının" verilməsini xahiş edirəm. Hamıya pul paylayırsınız, onların da heç olmasa “bir abbasını” verin. Onların müavinətləri də qalıb. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Hamısı istəyir, harda görürlərsə qeyd edirlər”, - deyə deputat bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06